`Azərbaycanla hərbi əməkdaşlığımız davam edir` - Putin


23:50     08 Avqust 2016 putincc14.jpg

`Hazırda 600-ə yaxın Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərir`.


Femida.az-ın `RİA “Novosti`yə istinadən məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan və prezident İlham Əliyevlə görüşündə Rusiya prezidenti Vladimir Putin bildirib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan həcmi dollar ifadəsində azalan ticarət dövriyyəsinin artırılması yollarını tapa bilər:

` Ticarət dövriyyəsində baş verən azalmaya səbəb dünya iqtisadiyyatında və hər iki ölkənin iqtisadiyyatında böhran olub. Bu gün bu məsələlərin həlli barədə danışa biləcəyik. Hazırda yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün yaxşı baza yaranıb. Biz fiziki həcmləri saxlayırıq. Bizim nəinki energetika sahəsində, digər sahələrdə də perspektivli layihələrimiz mövcuddur. Bizim Xəzər dənizindəki əməkdaşlığımız, həmçinin hərbi əməkdaşlığımız davam etdirilir`.

Putin əlavə edib ki, ikitərəfli əməkdaşlıq kağızda deyil, görülən işin sayəsində strateji tərəfdaşlıq xarakteri alıb: `Bu da münasibətlərin şaxələndirilməsi üçün olduqca vacibdir`.

Açar sözlər:

Oxunub: 2855